SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindəki şöbələrin bəzi işçilərinə peşəkarlıq ödənişi verilir, yerdə qalan zəhmətkeş şöbə işçilərimizə və təlim-tədris mərkəzlərindəki müəllimlərə verilmir. Elə peşəkarlıq ödənişini alanlar özləri də deyirlər ki məbləğ çox az təyin edilib. Şirkətin axırıncı əmrində işçilərə 40% peşəkarlıq ödənişi verilməsi qeyd edilib. Artıq neçə ildir şirkət tərəfindən maaşlarımız da artırılmır, hər şeyin də qiyməti azı 2 dəfə bahalaşıb, inflyasiya gedir. Bütün bunları nəzərə alaraq peşəkarlıq ödənişi verilərsə işçilərin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək. Mirvari Gahramanli TEREF