Siyəzənnfet NQÇİ-də böyük işçi çatışmamazlığını rəhbərlik niyə gözardı edir? - MÜRACİƏT

21-12-2025, 00:09           
Siyəzənnfet NQÇİ-də böyük işçi çatışmamazlığını rəhbərlik niyə gözardı edir? - MÜRACİƏT
Siyəzənnfet NQÇİ nin rəisi cənab
Рауф Алмəмəдовa
Siyəzənnfet NQÇİ nin işçisi Əliyev Zamiq
Qüdrət oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Rauf müəllim
Məlumat üçün bildirim ki,rəhbərlik etdiyiniz Siyəzənnfet NQÇİ -nin sahələrində mövcud olan kəskin işçi çatışmazlığının pik həddə çatması və xroniki hal alması nəticəsində əmək prosesinin normal təşkili mümkünsüz hala gəlmiş, işçilərin üzərinə normativlərə uyğun olmayan əlavə iş yükü qoyulur ki bu da motivasiyanın düşməsinə və işçidə psixoemosyanal gərginliyin artmasına səbəb olur.Bu hal həm istehsalatın davamlılığına, həm də işçilərin həyat və sağlamlığına real təhlükə yaratmaqdadır.Çünkü bir işçi iki üç işçinin əvəzinə işləyir
Qeyd edilən vəziyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu (əmək hüquqlarının təminatı), 12-ci (işəgötürənin əsas vəzifələri) maddələrinin, eləcə də “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə açıq şəkildə ziddir.
Bununla bağlı mövcud problemlərin aradan qaldırılması üçün heç bir real tədbir görülməməsi, işçi təminatının təşkil edilməməsi və risklərin bilərəkdən gözardı edilməsi faktiki olaraq vəzifə borclarının icra edilməməsi deməkdir. Bu cür davranış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində (səhlənkarlıq) və 308-ci maddəsində (vəzifə səlahiyyətlərindən sui-istifadə) nəzərdə tutulan hüquqi məsuliyyətin yaranmasına əsas verir. Mövcud vəziyyətin bu şəkildə davam etməsi istehsalatda ağır qəza riskinin artmasına səbəb ola bilər
Qeyd edim ki idarə rəisinin əsas vəzifələri arasında istaehasalatın fasiləsiz və təhlükəsiz təşkili,kadır təminatının vaxtında düzgün aparılması,qanunvericiliyin tələblərinə riayət olunması mühüm yer tutur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm İstehsalat sahəsində işçi çatışmazlığı faktının obyektiv şəkildə araşdırılması,işçi təminatının normativ tələblərə uyğun şəkildə bərpa olunması,məsələ ilə əlaqədar yuxarı insatnsiyaya vaxtında məlumat verilməsi,işçi çatışmazlığı ilə əlaqədar xidmət yoxlaması aparılması istiqamətində ciddi addımlar atasınız.
Hörmətlə Əliyev Zamiq Qüdrət oğlu
TEREF ümüd edir ki, Siyəzənnfet NQÇİ nin rəis bu müraciətə cavab verəcək və bizdə oxucuları bu cavabla tanış edəcəyik!i












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]