Babək prospektində “Electric Auto” salonu səkini zəbt edib-Video
22-12-2025, 10:28
XALQ “Millisfera”nınistinadən xəbər verir ki, qaynar xəttə daxil olan video görüntülərdə Babək prospektində yerləşən “Electric Auto” adı altında fəaliyyət göstərən avtosalonun piyadaların yol hərəkəti hüquqlarını kobud şəkildə pozduğu aydın görünür.
Belə ki, sözügedən avtosalon özünə məxsus avtomobilləri piyada səkisinin üzərində park edərək vətəndaşların sərbəst gediş-gəlişinə ciddi maneə yaradır. Nəticədə piyadalar məcbur qalaraq yolun hərəkət hissəsi ilə hərəkət edir ki, bu da onların həyatı üçün real və ciddi təhlükə deməkdir.
Ümid edirik ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən operativ araşdırma aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görüləcəkdir.