Siqaret yenidən BAHALAŞACAQ?

22-12-2025, 11:27           
Siqaret yenidən BAHALAŞACAQ?
Xəbər verdiyimiz kimi Azərbaycanda elektron siqaretlərdən istifadə qadağan olunacaq.

Bu məsələ Milli Məclisdə müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Elektron siqaretin qadağan edilməsi digər tütün məmulatlarına tələbatı və qiymətlərin artmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli hesab edir ki, elektron siqaretlərin qadağan edilməsi tütün məmulatlarının qiymətinə təsir etməyəcək:

“Çünki adi siqaretlərin qiymətinin artması daha çox aksiz vergiləri ilə bağlıdır. Aksiz vergiləri də ildə 2, bəzənsə 3 dəfə artırılır. Ona görə də elektron siqaretə tətbiq ediləcək qadağa adi siqaretin qiymətinə təsir etməsə də, qaçaqmalçılığa fürsət verəcək. Çünki elektron siqaret aludəçisi qadağalara baxmayaraq müxtəlif yollarla onu Azərbaycana gətirməyə çalışacaq. Bir daha qeyd edirəm ki, adi siqaretlərin qiymətinə bir qayda olaraq aksiz vergiləri və müvafiq gömrük rüsumları təsir edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]