Bakının mərkəzində "YAŞIL TERROR":

22-12-2025, 16:57           
Bakının mərkəzində "YAŞIL TERROR":
Bakının Ənvər Qasımzadə küçəsində, Zorge parkı ilə “Koala Park” arasındakı yaşıllıq ərazisində qeyri-yaşayış obyektinin inşasına başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı və kəskin etirazını tanınmış memar Elçin Əliyev paylaşıb.

media-whatsapp-image-2025-12-22-at-12-56-56-2

Memar şəhərin mərkəzindəki bu tikintini parkın “mənimsənilməsi” kimi qiymətləndirib:

media-whatsapp-image-2025-12-22-at-12-56-58-1

“Şəhər mərkəzində aparılan yenidənqurma işlərinin ‘səs-küyü altında’ kimsə Bakının tam ürəyində, Rixard Zorge və İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin abidələrinin arxasında yerləşən dəbdəbəli bir parkı ‘uğurla’ mənimsəyir.

Bir çox bakılıya ‘Koala’ uşaq parkı yaxşı tanışdır. Elə onun yaxınlığında, yaşıllıqların yerində geniş bir ərazi hasarlanıb və orada nəhəng bir qazıntı aparılır”.

media-whatsapp-image-2025-12-22-at-12-56-57-3

Elçin Əliyev tikintinin qanunsuzluğu və şəffaflığın olmaması ilə bağlı aidiyyəti qurumlara suallar ünvanlayıb:

“Bu nə üçündür? Belə bir hal necə mümkün olub? İcazəni kim verib? Ərazidə niyə heç bir məlumat lövhəsi yoxdur?”

Xatırladaq ki, sözügedən tikinti görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə və paytaxt sakinlərinin kəskin narazılığına səbəb olub. Sakinlər şəhərin mərkəzi hissələrində yaşıllıqların məhv edilərək yerində obyektlərin ucaldılmasını qəbulolunmaz hesab edirlər.

Yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]