Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 4,6 milyonluq sifariş alıb - TƏFƏRRÜAT

24-12-2025, 00:06           
Deputata məxsus olduğu deyilən şirkət 1 ildə 4,6 milyonluq sifariş alıb - TƏFƏRRÜAT
Ali Atestasiya Komissiyası mebel və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Embawood” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 791 295,46 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Mebel sahəsində fəaliyyət göstərən "Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. Məşhur Məmmədov 2020-ci ildən deputatdır.
"Embawood” MMC cari ildə 11 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 652 474,74 manat edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]