Azərbaycan elektrik enerjisini neçəyə alıb, neçəyə satır? - Ölkələrin siyahısı

24-12-2025, 10:34           
Azərbaycan elektrik enerjisini neçəyə alıb, neçəyə satır? - Ölkələrin siyahısı
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 1 milyard 128 milyon 211,9 min kVt/saat elektrik enerjisi ixrac edib.

Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.
İxrac olunan elektrik enerjisinin ölkələr üzrə həcmi və 1 kVt/saat üçün orta gömrük dəyəri aşağıdakı kimi olub:
Türkiyə – 519 milyon 969,1 min kVt/saat
(1 kVt/saat – 10,3 qəpik)
Gürcüstan – 493 milyon 980 min kVt/saat
(1 kVt/saat – 9,8 qəpik)
Rusiya – 90 milyon 323,8 min kVt/saat
(1 kVt/saat – 7,3 qəpik)
İran – 23 milyon 939 min kVt/saat
(1 kVt/saat – 4,8 qəpik)
Qeyd edək ki, Azərbaycan eyni dövrdə qonşu ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, yanvar–oktyabr aylarında ölkəyə 148 milyon 823,1 min kVt/saat elektrik enerjisi idxal olunub. İdxal 3 ölkədən – Rusiya, Gürcüstan və İrandan həyata keçirilib.

Bu ölkələrdən alınan elektrik enerjisinin 1 kVt/saat üzrə orta gömrük dəyəri isə belə olub:
Gürcüstan – 50 milyon 33,7 min kVt/saat
(1 kVt/saat – 11,05 qəpik)
Rusiya – 76 milyon 994,4 min kVt/saat
(1 kVt/saat – 6,2 qəpik)
İran – 21 milyon 795 min kVt/saat
(1 kVt/saat – 4,8 qəpik)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]