Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?

24-12-2025, 15:14           
Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvanında yaşayan sakin Elşən Hüseynovun iddiasına görə, ərazidə aparılan tikinti işləri zamanı ona məxsus həyətyanı sahənin hasarı dağıdılıb.

Sakinlər bildirib ki, 2021-ci ildən etibarən “Xəmsə Palace 2021” MTK tərəfindən həmin ərazidə iki yaşayış binasının inşasına başlanılıb. Sakin iddia edir ki, təxminən altı ay əvvəl gecə saatlarında ağır texnika vasitəsilə hasar uçurulub. Bu səbəbdən məhkəməyə müraciət etdiklərini deyən Hüseynovun sözlərinə görə, məhkəmə qərarı tikinti şirkətinə hasara müdaxilə etməyi qadağan edib. Lakin bir həftə əvvəl ərazidə yenidən qazıntı işləri aparılarkən hasarın qalan hissəsi də dağılıb. Onun sözlərinə görə, hazırda bütün hasar sökülüb və növbəti mərhələdə həyətin qazılmasından narahatdır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib və vətəndaşın iddiası təsdiqlənib.

Qeyd olunub ki, zərərçəkən sakin iştirak etməklə tikinti şirkətinin məsul şəxslərinə müvafiq xəbərdarlıq edilib.

Asya
Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]