AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

24-12-2025, 11:38           
AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır
Azərbaycan Yerüstün Nəqliyyat Agentliyi (AYNA) daha bir tenderini yekunlaşdırıb.

Tribuna.az xəbər verir ki, Agentlik bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, AYNA Kartriclərin alınması, təkrar dolumu, ehtiyat hissələrinin dəyişdirilməsi və printerlərin təmiri xidmətlərini satın alacaq. Tenderin qalibi isə “MIXTONER” MMC olub. Tərəflər arasında 222 min 994 manatlıq müqavilə imzalanıb.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, sözügedən şirkət ötən ilin sentyabrında da analoji məqsədlər üçün keçirilmiş tenderin qalibi olub. Lakin bu ildən fərqli olaraq, AYNA “MIXTONER” MMC-yə 103 min 355 manat ödəyib. Yəni, ötən ilə nisbətən 120 min manata yaxın fərq müşahidə olunur.

Qeyd edək ki, “Mixtoner” MMC 2014-dən fəaliyyət göstərir. Yerləşdiyi ünvan isə Bakı ş., Nizami r., Heydər Əliyev pr. 102 göstərilir. Lakin şirkətin rəhbərinin kim olması barədə açıq mənbələrə heç bir məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]