Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi

24-12-2025, 15:59           
Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.
TEREF Teleqraf-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.
Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.
İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.
Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]