Tolikdən Media’nın şefinə sərt sözlər

27-12-2025, 09:44           
Tolikdən Media’nın şefinə sərt sözlər
Tanınmış prodüser və aparıcı Tarix Əliyev Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovu sərt tənqid edib.

Azərbaycan 24 onun fikirlərini olduğu kimi təqdim edir.

Hörmətli Əhməd müəllim, Buradan bir çox jurnalistin sizə birbaşa deyə bilmədiyi, fikirlərini çatdırmaqda çətinlik çəkdiyi bir sualı televiziya sahəsində çalışan, jurnalistikada öz dəst-xətti olan və sizin qurum yaranmamışdan əvvəl də, eləcə də son 3–4 il ərzində mediada fəaliyyət göstərən insanlar adından vermək istəyirəm.

2021-ci ildən fəaliyyət göstərirsiniz, artıq 4 ildir. Halbuki Azərbaycanda elə jurnalistlər var ki, 10–15 ildir televiziya sahəsində çalışırlar. Sizin qurumunuz olmadan da media mühitində ölkə başçısının siyasətini təbliğ edib, ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak ediblər, dövlətçilik maraqlarını həm televiziya ekranlarında, həm də şəxsi platformalarında qoruyublar.

Bu jurnalistlər bu gün sizin mükafatlandırdığınız bəzi “dırnaq arası media nümunələri”ndən qat-qat aktiv, məsuliyyətli və təsirli fəaliyyət göstəriblər.
Bu gün kanalın səs rejissoruna, proqram direktorunun köməkçisinə, şou-biznes səhifələrinə və ya hansısa bloqerlərə bu medalların verilməsi ilə siz mətbuatın inkişafını necə nümayiş etdirmək istəyirsiniz? Elə jurnalistlər var ki, illərlə bu medalı gözləyir, amma kənarda qalır, media ilə birbaşa əlaqəsi olmayan şəxslər isə bu mükafatlara layiq görülür.

Hörmətli cənablar, bu medal məhz media üçün təsis olunubsa və məqsəd Azərbaycan mediasında uzun illər fəaliyyət göstərən insanları qiymətləndirməkdirsə, maraqlıdır: bu prinsiplər nə üçün gözlənilmir? Hansı meyarlar əsas götürülüb və hansı kriteriyalara uyğun gəlmək lazımdır ki, bu medallar həqiqi sahiblərini tapsın?

Qeyd edək ki, bu Tolikin paylaşdığı müraciətin redaktə olunmuş versiyasıdır. O, sonradan yazısına düzəlişlər edərək bəzi daha sərt cümlələri silib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]