Tanınmış professorun obyektinin reklamı söküldü – Foto

28-12-2025, 00:08           
Tanınmış professorun obyektinin reklamı söküldü – Foto
Təəsüflə qeyd etməliyəm ki, Azərbaycan Dövlət Reklam Agentliyi kobud şəkildə qanunu pozduğu kimi, korrupsiya hallarına da yol verir. 19 dekabr tarixində eyni gün sərəncam çıxarmaqla, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən bir xeyli obyektin, o cümlədən mülkiyyətimdə olan obyektin (ofisin) də reklamını söküblər (bu gün xəbərim olub), amma sol tərəfdə yerləşən dönər salonun eyni tərzdə olan reklamını sökməyiblər.

TEREF xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev qeyd edib.

O bildirib ki, ilin əvvəlində reklamları dəyişdiriblər və belə bir tələb irəli sürüblər ki, reklam ancaq ağ və qara rəngdən ibarət olmalıdır:

“İndiki tələbləri isə belədir ki, reklam ancaq ayrı-ayrı hərflərdən ibarət olan hərf yığımı şəklində olmalıdır. Məsələn, bizim ofisdəki reklam lövhəsi onların göstərişinə uyğun yığılmışdı (ağ-qara), indi də fikirlərini dəyişiblər, amma zərər sahibkarın belində qalır.

Ondan əvvəl də ölçüsü 1 kv.m-dan az olan reklamlara görə xəbərdarlıq göndərirdilər ki, icazə alın, halbuki ehtiyac yoxdur.

Heç bir qanun və hüquqi-normativ akt onlara bu cür səlahiyyət verməyib. Ya buyursunlar icazə verilən reklama dair göstəriciləri elan etsinlər, ya da sahibkarkara qanuni istinadı olmayan tələblər irəli sürməsinlər. Bunlar özünü “dövlət içində dövlət” kimi aparırlar”.

Professor bildirib ki, qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə şikayət verəcək.

BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]