KİV: Milyardlarla dollar əhaliyə yox, Xameneinin nəzarətindəki qurumlara xərclənir

29-12-2025, 00:06           
KİV: Milyardlarla dollar əhaliyə yox, Xameneinin nəzarətindəki qurumlara xərclənir
İran İslam Respublikasında milyardlarla dollar əhaliyə yox, ali rəhbər Əli Xameneinin nəzarətində olan qurumlara xərclənir.

Bu, "İran İnternational" xəbər agentliyinin araşdırmasında yer alıb.

Məqalədə büdcə haqqında yeni qanun layihəsinə də toxulunub, qeyd olunur ki, yeni təklif də köhnə modelin davamıdır.

Bildirilib ki, İranın büdcəsinin əsas hissəsi İslam Respublikasının ali rəhbəri Əli Xameneinin nəzarəti altında olan ideoloji qurumlara sərf olunur. "Büdcə göstəricilərinin təhlili aydın şəkildə göstərir ki, güc balansı hələ də Əli Xameneinin rəhbərliyi altında olan qurumların lehinə yönəlib, insanların gündəlik həyatına yox" , - araşdırmada qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]