Siyəzənneft NQÇİ-ni bilərəkdən məhv edirlər - NİYƏ?

29-12-2025, 00:00           
Siyəzənneft NQÇİ-ni bilərəkdən məhv edirlər - NİYƏ?
Mən göy dəbilqəsi olan qara fəhlə indiyə qədər Siyəzənnfet NQÇİ -nin mövcud vəziyyəti barədə fərqli prizmadan öz fikirlərimi sikayət və müraciət formatında yuxarı insatnsiyaların nəzərinə çatdırmağa çalışmışam.Bu müraciətlər əsasən energetika və sosial iqtisadi mövzulu olub.İndi isə idarəmizin mağmıl günə salınmasının siyasi baxımdan hansı nəticələrə qapı açaçağını ağlım kəsən qədər izah etməyə çalışacağam.

İdarə rəhbərliyinin fəaliyyətsizliyi,səriştə problemi yaşamaları,səhlənkar idaretmə siyasətləri ya da elə bilərkədən bu şəkildə davranmaları siyasi baxımdan təhlükəli hesab edilə bilər və ölkədəki ümüumi siyasi mühitə çox mənfi təsir göstərəcək amillərdəndir.Sözümün canı odur ki Siyəzənnfet NQÇİ -də yüzlərlə seçiçi eloktaratı var bura onların ailə üzvlərini də qatsaq bu iki qatına çıxır bura ümümi Siyəzən rayon sakinlərini də əlavə etsək bu sayı minlərlə hesablanır.

“ Siyəzənneft NQÇİ-də hasilatın süni şəkildə aşağı salınması təkcə iqtisadi deyil, eyni zamanda regionda prezident seçiciləri mühitinə mənfi təsir göstərən, sosial narazılıq yaradan və dövlətin enerji və regional inkişaf siyasətini zədələyən ciddi siyasi risklər formalaşdırır.

Siyəzən rayonu üçün Siyəzənneft NQÇİ əsas sosial-iqtisadi dayaqdır. Hasilatın hazırki şəkildə aşağı endirilməsi rayon sakinlərinin gəlirlərinin düşməsinə ailələrin sosial təminatının zəyifləməsinə zəmin yaratmaqdadır.Bu isə prezidentin sosial siyasətinə qarşı haqsız narazılıq formalaşdırır.Bunun nəticəsində dövlətə və onun siyasətinə qarşı regionda inamsızlıq yaranır..Bu prezident seçiçiləri mühitində psixoloji soyumaya və ruh düşkünlüyünə gətirib çıxaracaq.Bundan əlavə olaraq ən təhlükəli hal da qara düşüncli ölkədaxili və xarici müxalif qüvvələrin (5-ci kalonun) ölkədə bu narazıçılıqdan istifadə edib siyasi sabitliyi pozmaq üçün fürsət axtarmalarına səbəb ola bilər.Əllərinə düşən arqumentlərlə sosial şəbəkələrdə təxribat yarada bilərlər.

Siyəzən kimi strateji sənaye rayonu üçün iqtisadi sabitlik siyasi sabitlik hesab olunur.Hasilatın zəyiflədilməsi neft quyularının ləğvi sahələrin bağlanması dövlətə inamın zəyifləməsinə və sabitliyin təhlükəyə girməsinə səbəb ola bilər.Bu hal insanların daxilində gizli etiraz potensiyalı yarada bilir ki bu da sosial patlayış üçün münbit şərait yaradır.İstehasalata bu cür yanaşma prezidentin regional inkişaf və enerji təhlükəsizliyi siyasətinin zədələnməsi kimi qiymətləndirilə bilər və bu eyni zamanda prezidentin Regionların sosial iqtisadi inkişafı dövlət proqramı siyasətinə kölgə salmaqdır.

Bütün qeyd olunanları əsas alıb deyə bilərm ki Siyəzənnfetə qarşı bu cür yanaşma regional sosial sabitliyin pozulması prezident elektoratının psixoloji narazılığı dövlətə inamın zəifləməsi siyasi manipulyasiya riskinin artmasına gətirib çıxara bilər ki bunun məsuliyyəti də idarə rəhbərliyinin üzərinə düşür.
Zamiq Eliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]