Bu dərmanlar gələn ildən pulsuz veriləcək - VİDEO

29-12-2025, 09:18           
Bu dərmanlar gələn ildən pulsuz veriləcək - VİDEO
Gələn ildən İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi planlaşdırılır. Həmçinin ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub.

Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklə, həmçinin bəzi dərmanlar pulsuz veriləcək.

Pasiyentlər yalnız tibbi xidmət deyil, ambulator şəraitdə müalicə zamanı dərman vasitələri ilə də pulsuz şəkildə təmin olunacaqlar.

Bildirilib ki, bu yeniliklər əhalinin dərman vasitələrinə əlçatanlığını artırmağa xidmət edəcək.

Daha ətraflı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]