Vətəndaş Yasamal RİH-i ittiham etdi: “Yardım bir qism adama verilir” – Foto

29-12-2025, 15:08           
Vətəndaş Yasamal RİH-i ittiham etdi: “Yardım bir qism adama verilir” – Foto
Vətəndaş Yasamal rayon icra hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan şəhid ailələrinə bayramlar münasibətilə ərzaq sovqatları çatdırılmasının yalan olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, icra hakimiyyətinin payladığı sovqatla bağlı paylaşımına şərh yazan Şahin Əliyev bildirib ki, bunların hamısı yalandır:

“Bunlar hamısı yalandı. Bu yardım ancaq 10-12 nəfərə aiddir. Bu icra hakimi 10 ilə yaxındı gəlib, bir dəfə də qəbuluna girə bilməmişəm. Qapıda bir İlham adında ərəbzəngisi var, heç kimi buraxmır”.

Yasamal rayon İcra Hakimiyyətinin də şikayətçi vətəndaşa cavabı gecikməyib. Rəsmi səhifə şikayətçiyə elektron formada qəbula düşməyi məsləhət görüb.

Yazıda səsləndirilən ittihamlarla bağlı Yasamal RİH ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]