ABŞ-nin aparıcı süni intellekt startapları rekord həcmdə investisiya cəlb ediblər
30-12-2025, 16:07
ABŞ-nin ən böyük süni intellekt startapları bu il rekord məbləğdə - 150 milyard dollar həcmində investisiya cəlb ediblər.
Bbu barədə "Financial Times" qəzeti "PitchBook"un məlumatlarına istinadən yazıb.
Məlumata görə, əvvəlki rekord 2021-ci ildə qeydə alınmış və 92 milyard dollar təşkil etmişdi.
Cari ilin göstəricisinə "OpenAI"nin 41 milyard dollarlıq, "Anthropic"in 13 milyard dollarlıq investisiyaları, eləcə də "Meta" şirkətinin "Scale AI"yə yatırdığı 14 milyard dollarlıq vəsait daxildir.
Bundan əlavə, il ərzində "Anysphere", "Perplexity" və "Thinking Machines Lab" şirkətləri də bir neçə dəfə böyük həcmdə kapital cəlb ediblər.