"Azəriqaz"-ın belə işləridə var? - sayğac oxuyan çilingərlərə göstəriş verilib ki, abonentlərin sayğac göstəriciləri süni şəkildə artırılsın İDDİA
31-12-2025, 07:08
Araşdırılmasına,dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur! Bəlkə deyilənlər düzdür! Daxil olan məlumatlara görə, bir çox rayonlarda Azəriqaz İB tərəfindən sayğac oxunuşunu həyata keçirən çilingərlərə xüsusi göstəriş verilib ki, abonentlərin sayğac göstəriciləri süni şəkildə artırılsın. Sayğac göstəricilərini oxuyan şəxslər isə bildirmək istəyirlər ki, onlar adi sahə işçiləridir və təxminən 600 manat əmək haqqı qarşılığında çalışırlar. Onlara verilən bu göstərişləri yerinə yetirmədikləri təqdirində, həmin ərazilərdə yoxlamalar aparılır və əgər sayğaclarda “artıq sərfiyyat” qeydə alınmazsa, həmin işçilər işdən azad edilirlər. Əgər qeyd etdiyimiz bu iddialar həqiqətə uyğun olmasaydı, bu gün Azəriqaz sistemində həmin ştat üzrə 400-dən artıq vakant yer mövcud olmazdı. Mirvari Gahramanli TEREF