Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?

31-12-2025, 10:28           
Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?
Bakı sakini Rafael Abbasov metro və avtobusdan istifadə etmədiyi halda kart balansından bir neçə dəfə 0,60 manat çıxdığını bildirib.

Mövzu ilə bağlı "K Group" MMC ("Bakı Kart") açıqlama verib.

Valyuta.az xəbər verir ki, Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, "Bakı Kart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "birdəfəlik keçid imkanı", həm də "Delayed Authorization" (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir.

"Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir", - qeyd edilib.

Məlumatda əlavə olunub ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir:

"Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, "Bakı Kart"a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər.

Əlaqə üçün qısa nömrə: *4343, şəhər nömrəsi: +994 12 404 14 21

Paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]