Mingəçevirin şəhər icra başçısı şəhid anasını belə təbrik etdi -FOTOLAR
31-12-2025, 12:37
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı şəhid anasının evinə ayaqqabı ilə girib
Dekabrın 30 da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə xanım Rzayevaya M.Rəsulzadə küçəsindəki 6/102 binasında yerləşən 1 nömrəli mənzilin açarını təqdim edib. Mingəçevirli oxucularımızın Yenixeber.org-a ötürüdüyü məlumata görə şəhid ailəsinin mənzilinə gələn və bu günə kimi adı müxtəlif qalmaqallarda hallanan icra başçısı ayaqqabısını çıxarmaöı "unudub". Bunun isə nə demək olduğu məlum...
Xatırladaq ki, bu cvənab İlham İsmayılovla bağlı ilk belə hadisə deyil. İllər öncə də, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhid ailələri və müharibə veteranlarını ziyarət edərkən çəkilmiş foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur.
İsmayılovun qonaq getdiyi mənzillərə ayaqqabıyla daxil olması birmənalı qarşılanmayıb. Əksəriyyət icra başçısının bu hərəkətini qınayıb.