Siqaretlə bağlı dəyişiklik sabahdan QÜVVƏYƏ MİNİR – Qiymətlər YÜKSƏLƏCƏK
1-01-2026, 00:02
Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırılır. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərdən sonra siqaret qiymətlərinin yüksələcəyi proqnozlaşdırılır.