Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

1-01-2026, 16:54           
Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?  VİDEO
Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır.

Ekspertlərin sözlərinə görə, yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir. Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. "Bolt" daşıyıcı şirkətindən bildirilib ki, hazırda tarif artımı ilə bağlı dəqiq qərar və ya rəsmi məlumat yoxdur. "Uber" şirkətindən isə qeyd edilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə dəyişiklik olub-olmayacağına dair qərar veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]