“Domino’s Pizza” gigiyena qaydalarına əməl olunmur-Video

3-01-2026, 12:14           
“Domino’s Pizza” gigiyena qaydalarına əməl olunmur-Video
Daxil olan şikayətdə vətəndaş bildirir ki, Domino’s Pizza-nın Nərimanov filialının mətbəxində pizzalar əlcəksiz hazırlanır. Şikayətçi bu prosesi görüntülərlə lentə aldığını və yaranmış vəziyyətin birbaşa müştərilərin sağlamlığı üçün ciddi təhlükə yaratdığını qeyd edib. Vətəndaşın sözlərinə görə, işçilərin əlcəksiz çalışması sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulması ilə yanaşı, sifariş edilən məhsulların təhlükəsizliyi və etibarlılığı ilə bağlı ciddi suallar yaradır. Qanunvericiliyə əsasən, qida istehsalı zamanı gigiyena qaydalarına əməl olunmaması müəssisə üçün inzibati məsuliyyət, müştərilər üçün isə potensial sağlamlıq riski deməkdir. Şikayətçi həmçinin vurğulayıb ki, müşahidə olunan bu hal filialın işgüzar etikaya və korporativ standartlara əməl etmədiyini göstərir. Onun sözlərinə görə, müştərilər məhsul alarkən onun təhlükəsiz və gigiyenik şəraitdə hazırlanacağını gözləyir, lakin qeydə alınan görüntülər bu gözləntilərlə tam ziddiyyət təşkil edir. Qeyd edilən faktlar müştərilər arasında haqlı narazılığa səbəb olur və qida sənayesində sanitar normalara ciddi nəzarətin vacibliyini bir daha gündəmə gətirir.Patrul.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]