1 ildən artıq kəmərdə qəza olmasına baxmayaraq SOCAR rəhbərliyi hec bir tədbir görməyib
4-01-2026, 00:00

Daxil olan məlumatda qeyd olunub ki;
Ötən il ,06.02.2024 cü il tarixində SOCAR Azneft İB Neft-Daşları Günəşli və Qarabağ yatağından hasil olunan nefti nəql edən kəmərdə baş verən qəza ilə əlaqədar kəmərin fəaliyyəti dayandırılmışdır.Qəza nəticəsində bir çox quyular bağlanmış, quyuların tənzimləyici kiçildilmişdir. Nəticədə neft qaz quyuları, xətləri və neft qaz laylarında texnoloji və struktur pozulmuş və hasilat kəsgin azalmışdı. Hal-hazıra qədər Neft Daşları ,Günəşli və Qarabağ yataqlarında həmin neft əmtəə cənlərinə yığılaraq tankerlə sahilə daşınırdı.
30.12.2025 ci il tarixindən hava şəraiti ilə əlaqədar olaraq Neft Daşları, Günəşli və Qarabağ yatağından hasil olunan neft əmtəə çənlərinə yığılaraq tankerlə sahilə gətirilə bilmir. Azneft İB -nin və SOCAR rəhbərliyi quyuların bağlanması göstərişi verib. Qeyd edim ki 1 ildən artıq kəmərdə qəza olmasına baxmayaraq SOCAR rəhbərliyi hec bir tədbir görməyib. Quyuların bağlanması- quyuların və kəmərlərin əvvəlki kimi fəaliyyət göstərəcəyni şübhə altında qoyub. Neft-Daşları və Günəşli yatağından hasilatın gələcəkdə 40 faizə qədər itiriləcəyi proqnozlaşdırılır. 06.02.2024 cü il tarixindəki hadisə yenidən təkrarlanır .Həmin hadisədən sonra Neft-Daşları və Günəşli yatağından hasilat 20% aşağı düşmüşdür..Sonradan yalandan camaatı aldatdılar ki hasilat aşağı düşməsi təbiidir(,sulaşma faizi artıb). Bu proses neft-qaz quyulari,neft-qaz nəql kəmərləri və neft-qaz laylarinda rejim pozuntularna (qum tixacı) gətirib cixarir, Bu da hasilatin minumum 40% itgisinə səbəb olur.
Mirvari Gahramanli
TEREF

