Azərbaycandan xarici ölkələrə yarım milyard dollar pul köçürülüb - SİYAHI

18-03-2026, 15:29           
Azərbaycandan xarici ölkələrə yarım milyard dollar pul köçürülüb - SİYAHI
2025-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan xarici ölkələrə 505 milyon 139 min dollar pul köçürülüb.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə xaricə göndərilən vəsaitin həcmi 4,1% və ya təxminən 21,6 milyon dollar azalıb.
Qeyd edək ki, Azərbaycandan ən çox pul Türkiyəyə köçürülüb. 2025-ci ildə köçürmələrin 28,9%-i (145,7 milyon dollar) bu ölkənin payına düşüb.
Eyni dövrdə ABŞ-yə göndərilən vəsaitlər 16 milyon dollar artaraq 76,4 milyon dollara (ümumi köçürmələrin 15,1%) çatıb. Rusiyaya köçürmələr isə 11, milyon dollar azalaraq 46,4 milyon dollar (9,2%) olub.
2025-ci ildə Azərbaycandan aşağıdakı ölkələrə pul köçürülüb:
Türkiyə – 145,7 milyon dollar (28,9%);
ABŞ – 76,4 milyon dollar (15,1%);
Rusiya – 46,4 milyon dollar (9,2%);
Böyük Britaniya – 26,7 milyon dollar (5,3%);
Gürcüstan – 26,2 milyon dollar (5,2%);
Almaniya – 24,4 milyon dollar (4,8%);
Birləşmiş Ərəb Əmirlikləri – 20,7 milyon dollar (4,1%);
Kanada – 9,4 milyon dollar (1,9%);
İsveçrə – 8,0 milyon dollar (1,6%);
İtaliya – 7,8 milyon dollar (1,5%);
Qazaxıstan – 7,5 milyon dollar (1,5%);
Çin – 7,2 milyon dollar (1,4%);
Fransa – 6,5 milyon dollar (1,3%);
Çexiya – 6,5 milyon dollar (1,3%);
Avstriya – 5,9 milyon dollar (1,2%);
İspaniya – 5,7 milyon dollar (1,1%);
Ukrayna – 5,4 milyon dollar (1,1%);
Litva – 5,3 milyon dollar (1,0%);
Polşa – 4,9 milyon dollar (1,0%);
Niderland Krallığı – 4,6 milyon dollar (0,9%);
Koreya Respublikası – 4,1 milyon dollar (0,8%);
Özbəkistan – 4,0 milyon dollar (0,8%);
Belçika – 3,7 milyon dollar (0,7%);
İsrail – 3,3 milyon dollar (0,7%);
İrlandiya – 2,6 milyon dollar (0,5%);
Hindistan – 2,3 milyon dollar (0,4%);
Digər ölkələr – 33,9 milyon dollar (6,7%).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru