Qubada daş karxanaları təsərrüfatlara ciddi ziyan vurur - NARAZILIQ /VİDEO

20-03-2026, 00:08           
Qubada daş karxanaları təsərrüfatlara ciddi ziyan vurur -
Çayın yatağı genişlənir, sakinlərin torpaq sahələri isə getdikcə azalır...

Xezerxeber.az xəbər verir ki, Quba rayonunun Hacıqayıb kəndi ərazisindən keçən Qudyalçay çayında karxanaların fəaliyyəti sakinləri narazı salıb.

Onların iddialarına görə, çayın yatağı bəzi yerlərdə süni şəkildə torpaq sahələrinə doğru yönləndirilir. Nəticədə daha çox çınqıl, eləcə də tikinti üçün digər materialların çıxarılması mümkün olur. Yerli əhali hesab edir ki, bu cür müdaxilələr çayın təbii balansını pozmaqla yanaşı sakinlərə əlavə problemlər yaradır.

Şikayətçilərin sözlərinə görə, çayın yatağının dərinləşməsi səbəbindən sahələrə suyun verilməsində də problem yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları artıq əraziyə baxış keçiriblər. Qeyd olunub ki, səsləndirilən iddialarla bağlı araşdırma aparılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru