İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO

21-03-2026, 12:58           
İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO
İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək olar.

Xəzər TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbədə ərazinin arxiv məlumatları və ilkin sənədləri araşdırılmalıdır.


Özəlləşdirmə prosesinə başlamaq üçün torpaq sahəsinin dəqiq koordinatları müəyyənləşdirilməli və müvafiq qurumlara rəsmi müraciət edilməlidir. Əsas şərtlərdən biri isə torpağın bazar qiymətinə uyğun ödənişin həyata keçirilməsidir.

Torpaq sahəsi mülkiyyətə keçdikdən sonra vətəndaş həmin ərazi üzərində tam sərəncam vermək - onu satmaq, bağışlamaq və ya girov qoymaq hüququ əldə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru