Rauf Qarayev: “Pomidor və fındıq ixracın lokomotividir”

25-03-2026, 10:44           
Rauf Qarayev: “Pomidor və fındıq ixracın lokomotividir”
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 290 ton meyvə və tərəvəz ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 35 milyon 391 min ABŞ dolları (32,4 %), həcm baxımından isə 4 min 891 ton (4,8 %) çoxdur. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 24,8 % təşkil edir.

İxracatda meyvə-tərəvəzin üstünlük təşkil etməsi məsələsinə toxunan iqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan meyvə-tərəvəz məhsullarını əsasən Rusiya, MDB ölkələri, eləcə də Avropa və ərəb ölkələrinə ixrac edir:

- Əsas ixrac bazarı yenə də Rusiyadır. 2025-ci ilin məlumatına görə, əsas ixrac edilən məhsullar pomidor, meşə fındığı və xurmadır. İxrac coğrafiyasına, həmçinin Baltikyanı ölkələr, xüsusilə Latviya da daxildir. 2024-25-ci illərdə ən çox ixrac edilən məhsul pomidor olub. İkinci əsas ixrac məhsulu meşə fındığıdır. Xurma da yüksək həcmdə ixrac edilir. Alma və kartof digər əsas ixrac olunan məhsullar sırasındadır.

İqtisadçı qeyd etdi ki, ötən ilin ilk 10 ayında məhsulların bir kiloqramının orta ixrac qiymətinə nəzər saldıqda, meşə fındığının digər məhsulları qabaqladığı aydın olur. Fındığın hər kiloqramı orta hesabla 8.07 dollara (13.72 ₼) satılıb ki, bu da onu ən gəlirli kənd təsərrüfatı məhsullarından birinə çevirir:

- Digər məhsullara gəlincə, orta ixrac qiymətləri, məsələn pomidor 1.09 $ (1.85 ₼), nar 0.96 $ (1.63 ₼), xurma: 0.73 $ (1.24 ₼), alma 0.70 $ (1.19 ₼), kartof isə orta hesabla 0.40 $ (0.68 ₼) satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru