Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

27-03-2026, 16:34           
Müharibə mağazalarda qiymət artımına səbəb olacaq
Yaxın Şərqdə davam edən münaqişə qlobal pərakəndə sektorunda narahatlıq yaradır.
TEREF bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.
Qeyd edilib ki, böyük ticarət şirkətləri xəbərdarlıq edirlər ki, regionda artan gərginlik xərclərin yüksəlməsinə səbəb olur və müharibə qısa müddətdə başa çatmazsa, qiymət artımları qaçılmaz ola bilər.
Britaniyanın tanınmış pərakəndə şirkəti Next cümə axşamı yaydığı açıqlamada bildirib ki, Yaxın Şərqdəki qeyri-sabitlik təkcə regionda iqtisadi artımı məhdudlaşdırmayacaq, eyni zamanda digər bazarlardakı xərclərin artmasına təsir göstərəcək.
Ekspertlərin fikrincə, Yaxın Şərqdə sabitliyin pozulması qlobal təchizat zəncirinə və enerji qiymətlərinə təsir etməklə dünya üzrə pərakəndə satış qiymətlərində artım riskini yüksəldə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru