Toy bazarında durğunluq - Bəs qiymətlər necədir? - VİDEO

27-03-2026, 17:18           
Toy bazarında durğunluq - Bəs qiymətlər necədir? - VİDEO
Ramazan ayı başa çatsa da, restoranlarda toylara tələbat müşahidə olunmur. Halbuki əvvəlki illərdə Ramazan ərəfəsində və orucluq ayından sonra restoran və şadlıq evlərində toy sifarişləri xeyli artırdı.

Xəzər TV xəbər verir ki, restoran inzibatçıları bildirirlər ki, adətən Ramazan ayından sonra toy bazarında canlanma baş versə də, bu il gözlənilən aktivlik qeydə alınmır.


Restoran nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə bu il Ramazandan sonra toy bazarında daha az hərəkətlilik müşahidə olunur. Buna baxmayaraq, menyu qiymətlərində dəyişiklik edilməyib.

İnzibatçılar qeyd edirlər ki, sektorda yaranan bu durğunluğun hələ bir müddət davam edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru