Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.
XALQ xəbər verir ki, ümumtəhsil müəssisələrində may–iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.
May ayında tətil və qeyri-iş günləri:
• 1–5 may – ibtidai siniflər üçün bahar tətili • 9 may – Faşizm üzərində Qələbə Günü • 26–27 may – Qurban bayramı • 28 may – Müstəqillik Günü
Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.
İyun ayında:
• 12 iyun – orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Həmin gün ənənəvi olaraq dərs keçirilmir.
Qeyd edək ki, sadalanan tarixlərdən sonra məktəbliləri bu tədris ili üzrə son rəsmi tətil günləri gözləyir.