Benzin bahalaşdı, gediş haqqı pulsuz oldu – BU ÖLKƏDƏ

31-03-2026, 11:24           
Benzin bahalaşdı, gediş haqqı pulsuz oldu – BU ÖLKƏDƏ
Avstraliyada yanacaq böhranı fonunda diqqətçəkən qərar qəbul edilib.

Tribuna.az xəbər verir ki, bəzi ştatlar əhalinin artan xərclərini azaltmaq üçün ictimai nəqliyyatda ödənişi müvəqqəti olaraq ləğv edib.

Məlumata görə, Viktoriya ştatında aprel ayı ərzində bütün ictimai nəqliyyat vasitələri – avtobus, qatar və tramvaylar pulsuz olacaq. Eyni addımı Tasmaniya da atıb və burada bu güzəşt martın sonundan iyunun sonuna qədər qüvvədə qalacaq.

Bununla yanaşı, ölkənin digər böyük ştatları – Yeni Cənubi Uels, Kvinslend, Cənubi və Qərbi Avstraliya bu təşəbbüsə qoşulmayıb. Rəsmilər bildirir ki, böhranın uzun çəkəcəyi gözlənilir və pulsuz nəqliyyat qərarı büdcəyə ciddi yük yarada bilər.

Alternativ olaraq, bəzi ştatlar daha ucuz tariflər, sosial güzəştlər və yanacaq qiymətlərinin tənzimlənməsi kimi tədbirlərə üstünlük verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru