Normal yeraltı keçiddir, amma arabayla gəldinsə, günün qaralır - VİDEO

31-03-2026, 12:38           
Normal yeraltı keçiddir, amma arabayla gəldinsə, günün qaralır - VİDEO
Yağış yağdı Bakı və Abşeronda o qədər problem yarandı ki, gündəlik qarşılaşdığımız çətinliklər yadımızdan çıxdı.
Pəncərədən çölə baxırdın sel-su, sosial şəbəkələri açırdın sel-su.
Su ilə dolan zirzəmilər, həyətlər, uçan divarlar, yollarda üzən maşınlar, suda boğulan evlər, obyektlər...
Su aydınlıqdı deyiblər, amma səbəbi heç də aydın olmayan “normadan artıq yağış problemi”mizin fonunda sosial şəbəkələrdə paylaşılan bir video da diqqət çəkirdi.
Vətəndaş video çəkə-çəkə şikayətlənirdi ki, mərkəzi küçələrdə yerləşən “Port Baku Mall”dan “Crescent Mall”a keçmək üçün nəzərdə tutulan, eləcə də Yusif Səfərov küçəsində yerləşən yeraltı keçidlər əlil və uşaq arabası üçün əlverişli deyil. Panolar yoxdur. İnsanlar arabaları bellərində daşımalı olurlar. Hələ bu azmış kimi, eskalatorlar da işləmir.
İndi sizə öncə həmin videonu göstərəcyik. Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini təqdim edəcəyik. Problem niyə yaranıb, nə vaxt aradan qaldırılacaq, bu qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin dilindən eşidəcəyik.
Gülsüm Baxşəliyeva,
BakuPost













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru