Mehdiabaddan şikayət: Qəbirstanlığı ziyarət edə bilmirik… 1-04-2026, 16:46 Son günlər paytaxt ərazisinə yağan aramsız yağışlardan sonra Mehdiabad qəbiristanlığının bir hissəsində qəbirlər su altında qalıb.Bu hal qəbirisitanlığa həm dəfn, həm də ziyarət üçün gələn insanların narahatlığına səbəb olub.“Ayın 8-də atam rəhmətə gedib, dəfn etmişik. Ölümüzü ziyarət edə bilmirik. Gərək kimlərinsə qəbirlərinin üstündən hoppanıb gələk.Haradan keçib qəbiri ziyarət edək? “Lotka” gətirək? 3 gündür yalvarıram ki, texnika gətirib bu suyu çəkin”, – deyə sakinlərdən biri qeyd edib.Mehdiabad Bələdiyyəsindən isə bildirilib ki, problemin həlli üçün artıq işlərə başlanılıb.Daha ətraflı İTV-nin süjetində: Facebook-da paylaş