21 milyon borcu var, yüz minlik yuyucu vasitələr alır - TƏFƏRRÜAT
3-04-2026, 00:08
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN: 9900001751) yeni tender elan edib.
Fed.az xəbər verir ki, tender çərçivəsində yuyucu vasitələr və digər mal-materialın satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 168 min 542 manat təşkil edir.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Şərtlərə görə, iddiaçılar təkliflərini 24 aprel 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, Dövlət Xidməti bundan əvvəl yuyucu vasitələr və təsərrüfat mallarının satın alınması ilə bağlı “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2900614681) ilə satınalma müqaviləsi bağlayıb.
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 21 milyon 322 min 831 manat vergi borcu var.