Bakıda kilosu 120 manata alça satılır

6-04-2026, 00:11           
Bakıda kilosu 120 manata alça satılır
Mövsümün ilk meyvələri paytaxt bazarlarında və market rəflərində görünməyə başlayıb. Hər il olduğu kimi, bu il də meyvələrin qiyməti müzakirələrə səbəb olub. Xüsusilə Göyçə alçasının satış qiyməti görənləri heyrətə salıb.

"Bazar Market" şəbəkəsində çəkilən fotolardan aydın olur ki, alçanın bir kiloqramı üçün 120 manat tələb olunur. Bu qiymət bir çox ekzotik meyvələrin, hətta ən bahalı ət məhsullarının qiymətini belə geridə qoyur.

Alıcılar sosial şəbəkələrdə bu məbləğin həddindən artıq yüksək olduğunu bildirirlər.

Satıcılar isə qiymətin yüksək olmasını məhsulun hələ az tapılması və xüsusi şəraitdə yetişdirilməsi ilə əsaslandırırlar.

Adətən aprel ayının əvvəllərində satışa çıxan ilk məhsullar simvolik xarakter daşısa da, bu dəfəki rəqəm rekord həddə çatıb. Belə görünür ki, alçanın dadına baxmaq istəyənlər hələ bir müddət gözləməli olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru