Avtobuslar saxlamır, sərnişinlər "manatlıq" SEÇİR - Xırdalanda xaos

7-04-2026, 15:18           
Avtobuslar saxlamır, sərnişinlər "manatlıq" SEÇİR - Xırdalanda xaos
Xırdalan şəhərindən Bakı istiqamətində hərəkət edən marşrut avtobuslarında ciddi sıxlıq problemi yaşanır. Xüsusilə şəhərin mərkəzinə doğru hərəkət edən 135, E2 və 119 nömrəli avtobuslar artıq başlanğıc nöqtədən həddindən artıq dolu olur.

Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, bu marşrutlar Xırdalanın yuxarı küçələrində tam dolduğu üçün Heydər Əliyev parkı ərazisindən başlayan dayanacaqlarda sürücülər demək olar ki, avtobusu saxlamadan hərəkət edir. Nəticədə, həmin ərazilərdə gözləyən vətəndaşlar avtobuslara minmək imkanı tapa bilmir.

Mövcud vəziyyətə görə, sərnişinlər uzun müddət dayanacaqlarda gözləməli olur. Bir çox hallarda isə vətəndaşlar alternativ kimi “manatlıq taksi”lərdən istifadə etməyə məcbur qalır ki, bu da əlavə xərc yaradır.

Sakinlər bildirir ki, problem artıq davamlı xarakter alıb və xüsusilə pik saatlarda daha da kəskinləşir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların müdaxiləsini, marşrut xətlərinə əlavə avtobusların buraxılmasını və nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlərin görülməsini istəyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru