ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqladı

8-04-2026, 12:44           
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqladı
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru