Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda tətbiq olunacaq

9-04-2026, 08:24           
Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda tətbiq olunacaq
Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə operator və provayderlər cəlb etməklə yerinə yetiriləcək müvafiq tapşırıqlar verilib.

Belə ki, ölkədə xidmət təchizatçıları tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.

Həmçinin, pperator və provayderlərin internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya ehtiyatlarında müvafiq məlumatlar yerləşdiriləcək.

Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru