Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
10-04-2026, 17:44
Bu ilin yanvar-fevral aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 368 milyon 403,5 min manat vəsait xərcləyib.
Valyuta.az xəbər verir ki, ən çox xərcləyənlər Rusiyadan olan turistlər olub - onlar bu dövrdə Azərbaycanda 85 milyon 765,0 min manat xərcləyiblər.
Siyahıda ikinci yerdə 48 milyon 028,4 min manat ilə Türkiyə vətəndaşları, üçüncü pillədə isə 31 milyon 415,1 min manatla Hindistan vətəndaşları yer alıb.
Dördüncü sırada Səudiyyə Ərəbistanı vətəndaşları (21 milyon 007,5 min manat), beşinci yerdə isə Pakistan vətəndaşları qərarlaşıb (19 milyon 579,2 min manat).
Onları İsrail (16 milyon 022,0 min manat) və Qazaxıstan vətəndaşları (14 milyon 027,4 min manat) izləyib.