Nizami rayonunda “Yusifoğlu” MMC-nin inşa etdiyi binada uyğunsuzluqlar aşkarlanıb….

10-04-2026, 12:36           
Nizami rayonunda “Yusifoğlu” MMC-nin inşa etdiyi binada uyğunsuzluqlar aşkarlanıb….
Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

XALQ xəbər verir ki, həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.

Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər və məhkəmə tərəfindən verilən bütün qərarlar ləğv edilib yenidən araşdırlması aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinə əsasə isə inşa edilən binada uyğunsuzluqlar aşkarlanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru