Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? - İnternat məktəbində OLAY

13-04-2026, 15:46           
Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? -
Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-u saat 16:00 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.

Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (şərti ad) dərs zamanı idman zalında yıxılaraq ağız və qol nahiyəsindən xəsarətlər alıb. Zədə nəticəsində şagirdin ağız nahiyəsində yırtıq yaranıb,qolu isə sınıb.

İddialara görə hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırıldığı və yaraya tikişlərin qoyulduğu tapşırılıb.

Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.


Məsələ ilə bağlı E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova Bizim.Media-ya açıqlamasında faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.

Eyni zamanda Elm və Təhsil Nazirliyinə də sorğu göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru