Azəriqaz İB yenə səni deyirlər - Fəhləni ezamiyyətlərdə işlədib pulunu vermirlər ŞİKAYƏT

14-04-2026, 08:44           
Azəriqaz İB yenə səni deyirlər - Fəhləni ezamiyyətlərdə işlədib pulunu vermirlər ŞİKAYƏT
TEREF Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədrinə ünvanlanmış şikayət məktubunu təqdim edir. Şikayətçi yazır:
"Elmin Rəhimov
Salam Xanım Mirvari Gahramanli mənim bir müraciətim var sizdən xahiş edirəm edirəm. Bu məsələni aydınlıq gətirilməsi üçün bir sıra köməklik göstərəsiniz. Mən Rəhimov Elmin Laçın rayon Əhmədli kənd sakiniyəm işlədiyim müəssə SOCAR Azəriqaz İB tərkibində işləyən Azəriqaz İB təmir tikinti idarəsində 5_ci dərəcəli Təmirçi çilingər peşəsində ümumilikdə 15_il yarım işləmişəm. Bu gün məni narahat edən bir məsələ var ki 02.02.2026 ci ildə Ağdərə rayonu Çapar kəndinə ezam olunmuşam. Ezam olunduğum ərazidə mənə tapşırılan ümumi işlərin hər birində lazımı qaydalara uyğun olaraq işlərimi yetərincə hər birini icra etmişəm. Baxmayaraq ki elə işlər var idi ki peşəm üzrə görməməliydim həmin işlərində işlənməsində üzərimizə təkim olunmuş mühəndis işlərimizə nəzarət edərək bu işlərində işlənməsini həyatda kemirdim. İndi isə ezam xərcimin ödənilməməsilə bağlı və 2025 ci il işçilərin mükafatlandırması hər il verilirdi bir əmək haqqı qədər onuda almamışam ezam xərcimidə ödənilməsi bu günə qədər icra edilməyib. Məsələ ilə bağlı əmək haqqı şöbəsinin baş mühasibi Samir Rəhmanova dəfələrlə telefon zəngilə hətta qəbuluna gedərək haqlı narazılığımı bildirsəmdə mənə cavab olaraq bildirdi ki biz Azəriqaz İB təmir tikinti idarəsi siz işçilərin əmək haqlarının ezam xərclərinin məlumatlarını Azəriqaz İstehsalat Birliyi nə göndərmişik. Bildirim ki bəs niyə ödənilmir dedi büdcədə vəsait yoxdu mənə belə deyilib. Sizdən xahiş edirəm bu məsələ ilə bağlı yuxarıda qeyd etdiyim halların qısa zamanda həll olunması üçün bir sıra köməkliklər edəsiz. Bu yazdığlarımı sərbəst və normal düşüncələrimlə qeyd etmişəm və sizdən xahiş edirəm Lazımı qurumlara bu məsələ haqqında bizə köməklik etməsini bir sıra köməkliklər edəsiz. Yuxarıda qeyd etdiklərimi oxuyub nəzərə aldığınız üçün təşəkkürümü bildirirəm"
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru