Suraxanıda antisanitariya: Şuşa şəhərciyini kanalizasiya suları basıb – VİDEO

14-04-2026, 15:24           
Suraxanıda antisanitariya: Şuşa şəhərciyini kanalizasiya suları basıb – VİDEO
Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Şuşa şəhərciyi” sakinləri artıq neçə gündür ki, dözülməz vəziyyətlə qarşı-qarşıya qalıblar.

NOCOMMENT.az-a müraciət edən vətəndaşların bildirdiyinə görə, ərazidə əsas kanalizasiya borusunun partlaması nəticəsində çirkli sular birbaşa yaşayış evlərinə və həyətyanı sahələrə axır. Sakinlər qeyd edirlər ki, artıq 5-6 gündür davam edən bu problem nəinki hərəkəti məhdudlaşdırır, həm də ərazidə kəskin qoxu və xəstəlik mənbəyi yaradır. Suların həyətlərdəki samanlıqlara və tikililərin bünövrəsinə dolması insanların əmlakına da ciddi ziyan vurur.

Şikayətçilərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə zəng edilsə də, hər dəfə “şikayətiniz qeydə alındı” cavabından başqa heç bir real addım atılmayıb.

Hazırda sakinlər çarəsiz vəziyyətdə kanalizasiya sularının evlərini yararsız hala salmasını izləmək məcburiyyətindədirlər.

Məsul şəxslərin bu laqeydliyi “Şuşa şəhərciyi”ndə yaşayan onlarla ailənin sağlamlığını və təhlükəsizliyini risk altına atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru