Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı — SƏBƏB

Bu gün, 00:09           
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı — SƏBƏB
Bakının bəzi ətraf yaşayış sahələrində fərdi evlərin bazar dəyəri kəskin şəkildə aşağı düşməyə başlayıb. Yeni Ramana qəsəbəsinin müəyyən hissələrində daşınmaz əmlakın qiymətində ciddi fərqlər yaranıb.

Bunu ev alqı-satqısı üzrə mütəxəssis Əli Əhmədov bildirib. Onun sözlərinə görə, bu ilin əvvəli ilə müqayisədə “Şuşa Ramana” və “Sovxoz Ramana” kimi tanınan ərazilərdə evlər xeyli ucuzlaşıb. Yanvar və fevral aylarında 60-65 min manata satılan həyət evlərinin qiyməti hazırda 45-50 min manata qədər enib. Oxşar tendensiya Biləcəri, Keşlə, Binə, Bülbülə, Zabrat, Məhəmmədi qəsəbələri və Xırdalan şəhərində də qeydə alınır.

Əmlak bazarındakı bu tənəzzülün əsas səbəbi kimi mart və aprel aylarındakı güclü yağışların yaratdığı fəsadlar göstərilir. Yağıntılar zamanı bir çox ev su altında qalıb, xüsusilə “Şuşa” şəhərciyi adlanan ərazidə yüzdən çox ailə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Hətta bir neçə daş kürsülü inşa edilən evlərdə belə normal şərait qalmayıb. “Sovxoz Ramana” massivində isə 20-dən çox mənzil tamamilə yararsız hala düşüb. Ev sahibləri əmlaklarını ucuz qiymətə sataraq daha təhlükəsiz bölgələrə köçməyə çalışırlar.

Digər tərəfdən, ucuzlaşmaya hüquqi sənədlərin qaydasında olmaması da təsir edir. Satışda olan həmin evlərin əksəriyyəti çıxarışsızdır və bələdiyyə sənədi olan torpaqlarda inşa edilib. Sakinlər bu ərazilərdə adətən 99 illik icarə müqaviləsi ilə məskunlaşıblar. Sənədlərin olmaması təbii fəlakət zamanı dəyən zərərə görə dövlətdən kompensasiya almağa mane olur. Bu isə potensial alıcıların həmin əmlaklara marağını azaldır.

Bununla belə, mövcud tikinti normalarına tam uyğun inşa edilən və sənədləri qaydasında olan evlərin qiyməti sabitliyini qoruyur.

Yəni, güclü yağışlar nəticəsində evləri su basması və sənədlərin olmaması paytaxtətrafı qəsəbələrdə həyət evlərinin dəyərini itirməsinə səbəb olub.(metbuat.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru