17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi

21-04-2026, 15:18           
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

TEREF Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Qeyd edək ki, Anar Bayramov aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru