AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır

Bu gün, 17:26           
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 500 ədəd “On-board Unit” (LIT OBU) avadanlığı və ona aid ehtiyat hissələrini alacaq.
Yeniavaz.com xəbər verir ki, AYNA tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Yaponiyanın məşhur “NEC Corporation” (“Nippon Electric Company”) şirkətinin Türkiyə nümayəndəliyi – “NEC Telekomünikasyon ve Bilgi Teknolojileri Ltd. Şti” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, AYNA satın alacağı 500 ədəd “On-board Unit” avadanlığı üçün 1 milyon 584 min manat ödəyəcək. Bir ədəd “On-board Unit” avadanlığının orta dəyəri 3 min 168 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “On-board Unit” avadanlığı nəqliyyat vasitəsinin üzərində quraşdırılan elektron cihazdır və əsasən məlumatların toplanması, ötürülməsi və sistemlərlə əlaqə üçün istifadə olunur. Hazırda ictimai nəqliyyatda quraşdırılan və gediş haqlarının ödənildiyi cihaz da “On-board Unit” avadanlığı hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru