Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı

4-05-2026, 09:28           
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda –
Sosial şəbəkədə paylaşılan bir yazı diqqət çəkib. Belə ki, vətəndaş ailə qurmağa hazırlaşdığını, lakin gələcək həyat yoldaşının atasının bəzi maliyyə problemləri və hüquq-mühafizə orqanları ilə bağlı məsələlərinin olduğunu bildirib. O, gələcəkdə iş yerini dəyişərkən və ya təhlükəsizlik yoxlamasından keçərkən həyat yoldaşının ailə üzvlərinə görə problem yaşayıb-yaşamayacağını soruşub.

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, Azərbaycanda özəl sektorda vətəndaşlardan sağlamlıqla bağlı arayışdan əlavə, məhkumluğa dair arayış da tələb oluna bilər:

“Ancaq bəzi işlər var ki, orada mütləq şəkildə şəxsin yaxın qohumlarının məhkumluğunun olmaması və ya onların barəsində hər hansı cinayət işlərinin icraatda olub-olmaması barədə də araşdırma aparıla bilər. Böyük ehtimalla bu, özəl sektorda işəgötürənlər tərəfindən deyil, dövlət qurumlarında şəxsin özünə bildirilmədən aparılır. Məsələn, sorğular verilir və lazım olan məlumatlar əldə edilir”.

Vəkilin sözlərinə görə, qanunvericilikdə bununla bağlı birbaşa göstəriş yoxdur:

“Hətta praktikada belə bir hal da baş vermişdi ki, işə qəbul zamanı bütün imtahan mərhələlərindən uğurla keçərək hüquq sahəsində çalışmaq istəyən bir nəfərin qardaşının ağır cinayət törətməsi səbəbindən onun həmin istiqamətdə karyerası əngəllənmişdi. Görünür, dövlət üçün xüsusi əhəmiyyət kəsb edən bəzi işlər və peşələr var ki, həmin sahələrə qəbul zamanı, necə deyərlər, vətəndaşların tər-təmiz, ağ kağız kimi olması tələb edilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru