Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO

6-05-2026, 15:38           
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO
Çoxmənzilli yaşayış binaların altında bir çox obyektlərin fəaliyyətinə qanunla icazə verilməsə də, Nizami rayonunda bu qayda gözlənilmir.

Tribuna.az-a yazan Nizami rayonu, Qara Qarayev prospekti 8 ünvanında yaşayan sakinlər bildirib ki, binanın altında obyekt fəaliyyətə başlayır.

Sakinlərin sözlərinə görə, bina obyektə çevrilib. Bu məqsədlə binaya əlavə artırma da edilib və dəmir konstriksiyadan ibarət pilləkənlər qoyulub.

Sakinlər bildirib ki, bina qəzalıdır və belə artırmalar binanı daha da təhlükəli hala gətirir:

“Dəfələrlə zəng edib bildirmişik ki, bina qəzalıdır, bina çökür. İcra başçısı vecinə də alçadı”.

Sakinlər onsuz da təhlükəli halda olan binada belə əlavələrin tezliklə qarşısının alınması üçün tədbir görülməsini istəyir.

Xatırladaq ki, Nizami rayon icra hakimiyyətini başçısı Cəbrayılov Coşqun Adil oğludur. O, 2022-ci ildən bu vəzifəni icra edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru