Qarabağ əlilinin obyekti uçuruldu, oğlu intihara qalxdı – Fotolar

10-05-2018, 16:50           

Mayın 6-da Beyləqanın veteranlar parkında Füzulidən məcburi köçkün, Qarabağ əlili Bəhmənin fotoatelyesi dağıdılıb.

AzEuroNews.com-a verilən xəbərə görə, icra başçısı Vaqif Abdullayevin tapşırığı ilə traktor vasitəsi ilə dağıdılan obyektin sökülməsinin səbəbi bilinmir.

Hadisə gecə təxminən saat 5-də olub. Fotoatelyenin əvvəlcə qapısını sındırıb, atelyedə olan əşyaları küçəyə töküblər, traktorla dağıdıblar.


Onun oğlu Astan haqsızlığa etiraz olaraq özünü yandıraraq intihar etməyə cəhd edib. Sakinlər onu bu fikrindən zorla daşındıra biliblər.

Onu da deyək ki, Beyləqan rayon İH başçısı təxminən 3 ay əvvəl Heydər Əliyev parkı və Veteranlar parkındakı oturacaqları təmir etdirmək üçün yığışdırıb.

Amma aradan 3 ay keçməsinə baxmayaraq oturacaqlar təmir olunub parklara qaytarılmır.


Parka istirahətə gələn sakinlər oturmağa yer tapmırlar. Şəhər əhli parka gələndə oturacaqsız park asudə vaxtları lazımınca keçirə bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru